Türkiyədə işçiləri daşıyan mikroavtobus dərəyə aşdı, çox sayda yaralı var

Türkiyədə işçiləri daşıyan mikroavtobus dərəyə aşdı, çox sayda yaralı var backend

Elazığda, işçiləri daşıyan mikroavtobusun dərəyə aşması nəticəsində 13 inəfər yaralanıb, onlardan 5-i ağır vəziyyətdədir.

Qaziler.az yerli mətbuata istinadən bildirir ki, nəqliyyat vasitəsinin içərisində sıxışıb qalan yaralılar xilasetmə qruplarının səyləri nəticəsində xilas edilərək xəstəxanaya aparılıblar.

Qəza Elazığ şəhərinin Keban rayonundakı Nimri kəndinə gedən yolda baş verib. Mikroavtobusun sürücüsü idarəetməni itirərib və avtobus dərəyə aşıb.

Qəzada 5-i ağır olmaqla 13 nəfər yaralanıb, bəzi işçilər isə sıxışıb qalıb.

Xəbərdarlıqdan sonra hadisə yerinə səhiyyə, jandarma, UMKE, AFAD və yanğınsöndürmə qrupları göndərilib. Qruplar nəqliyyat vasitəsində ilişib qalmış yaralıları xilas etmək üçün səfərbər olublar.

Yaralılar nəqliyyat vasitəsindən xilas edildikdən sonra uçurumdan qaldırılaraq tibbi qruplara təhvil verilib. Yaralılardan 13 nəfər müalicə üçün Elazığdakı xəstəxanalara aparılıb.

QAZİLER.AZ