Kiyev vilayətində, Brovarı rayonunda yerləşən Coca-Cola zavodunda yanğın baş verib.
Qaziler.az bildirir ki, bu barədə sentyabrın 3-də Ukraynanın «Strana.ua» nəşri Telegram kanalında məlumat yayıb.
Yanğın Kiyev yaxınlığındakı sənaye zonasının ərazisində baş verib. Yayılan görüntülərdə güclü tüstülənmə və müəssisənin ərazisindən görünən qara tüstü sütunu əks olunub.
Yanğın nəticəsində xəsarət alanlarla bağlı hələlik heç bir məlumat daxil olmayıb. Bu barədə «Gazeta.Ru» məlumat yayıb.
QAZİLER.AZ

