Rusiya İrəvanda metronun tikintisinə kömək edə bilər

Rusiya İrəvanda metronun tikintisinə kömək edə bilər backend

Ermənistan rəhbərliyi Rusiya Federasiyası ilə İrəvandakı "Açapnyak" metro stansiyasının tikintisində Rusiyanın iştirakı imkanlarını müzakirə edir, çünki bu ölkə sözügedən sahədə böyük təcrübəyə malikdir.

Qaziler.az "TASS" agentliyinə istinadla xəbər verir ki, bu barədə brifinq zamanı respublikanın Baş naziri Nikol Paşinyan bəyan edib.

"Biz Rusiya ilə onların “Açapnyak” metro stansiyasının tikintisində iştirakı məsələsini də müzakirə edirik, çünki onların böyük təcrübəsi var. Bu məsələdə bizə dəstək olsalar, şad olarıq", - deyə o bildirib.

Paşinyan vurğulayıb ki, söhbət yalnız "Açapnyak" stansiyasından deyil, həmçinin İrəvan metrosunun inkişafının yeni mərhələsindən gedir.

QAZİLER.AZ