Gürcüstanda zəlzələ olub

Gürcüstanda zəlzələ olub backend

Gürcüstanın cənub-qərbində 3,4 maqnitudalı zəlzələ qeydə alınıb.

Qaziler.az Report.az-a istinadla xəbər verir ki, yeraltı təkanlar gecə saat 03:28-də Məmişli kəndi yaxınlığında, Tsalkadan 20 kilometr, Tbilisidən isə təxminən 60 kilometr məsafədə baş verib.

Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.

Fəsadlar barədə məlumat verilməyib.