Moskvada kişi metro sərnişinini döyüb.
Qaziler.az bildirir ki, hadisə Moskva Metropolitenində Polis İdarəsinin mətbuat xidməti tərəfindən yayımlanıb.
«Lenta.ru» ilə görüntüləri paylaşıb.
Kadrlarda iki kişinin metro vaqonunda gərgin şəkildə danışdığı görünür. Bir anda onlardan biri qarşısındakı şəxsin üzünə başı ilə zərbə endirir. Zərərçəkən oturacağa yıxıldıqdan sonra həmin şəxs onu yumruqlayıb.
Qurumdan bildirilib ki, dava «Kitay-qorod» stansiyası istiqamətində hərəkət edən qatarda baş verib. Həkimlərin rəyinə əsasən, zərərçəkənin sağlamlığına orta ağırlıqda zərər dəyib.
Polis şübhəlini saxlayıb. Onun paytaxtda müvəqqəti yaşayan 27 yaşlı Perm sakini olduğu müəyyənləşdirilib. Onun barəsində cinayət işi başlanıb.
QAZİLER.AZ

