Kifayət qədər uzun müddət ərzində Moskva Ermənistanın hazırkı hakimiyyətinin Rusiyaya qarşı yönəlmiş çıxışlarına «Ermənistan xalqı bizim dostumuzdur» formatında bəyanatlarla reaksiya verirdi. Yəni Rusiya hakimiyyəti Ermənistan xalqı ilə Nikol Paşinyanın rəhbərlik etdiyi ölkə hakimiyyətini açıq şəkildə bir-birindən fərqləndirirdi.
Qaziler.az yerli mətbuata istinadən bildirir ki, bunu «Xəbərlər Ermənistan – NEWS.am»a müsahibəsində müxalifətçi «Ermənistan» blokunun parlament deputatı Qeqam Manukyan bildirib. O, dünən Bişkekdə Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüşü şərh edib.
"Onlar Ermənistanın sıravi əhalisi üçün mənfi sosial, iqtisadi və hərbi-siyasi nəticələrə səbəb ola biləcək addımlar atmırdılar. İndi isə məsələ tamam başqa cür qoyulur. Üstəlik, bu, kifayət qədər açıq şəkildə ifadə olunur:
Ermənistan xalqı, mən səni öz dostum və müttəfiqim hesab edirdim. Sənə zərər vurmaq istəmirdim. Amma sən getdin və məhz bunları seçdin. Bu insanlar faktiki olaraq iki ölkə arasındakı münasibətləri dağıdırlar. Artıq sizi bir-birinizdən ayırmaq istəmirəm», - Manukyan deyib.
QAZİLER.AZ

