Krımda «Sinara» futbol klubunun oyunçusu Denis Qribaxo həlak olub.
Qaziler.az bildirir ki, bu barədə e1.ru məlumat yayıb.
38 yaşlı idmançı avqustun 29-da spabordda sərxoş vəziyyətdə suya düşən qızı xilas etmək üçün onun köməyinə atılıb.
İdmançı qızı Frunze çimərliyinin sahilinə çıxara bilib, lakin özü xilas ola bilməyib. Güclü su axını onu aparıb.
2025-ci ildə 20 yaşlı sərbəst güləşçi Azamat Yaxutlov da Krımda həlak olub. İdmançı suda baş verən bədbəxt hadisə nəticəsində həyatını itirib. Bu barədə Krım Respublikasının İdman Güləşi Federasiyasının mətbuat xidməti məlumat yayıb.
QAZİLER.AZ

