Rusiya Dneprə hücum etdi, ölən və yaralanan var

Rusiya Dneprə hücum etdi, ölən və yaralanan var backend

Sentyabrın 2-də Rusiya işğalçıları Dnepr şəhərinə növbəti hava hücumu həyata keçiriblər. Hücum nəticəsində ən azı iki nəfər həlak olub.

Qaziler.az bildirir ki, bu barədə Dnepropetrovsk vilayətinin Dövlət Administrasiyasının rəhbəri Aleksandr Qanja məlumat verib. RБK-Ukrayna onun Telegram-dakı paylaşımına istinadən xəbər yayıb.

Saat 13:13-də Qanja düşmənin şəhərə yenidən hücum etdiyini təsdiqləyib. Hücum nəticəsində Dneprdə yanğın başlayıb.

Bir neçə dəqiqə sonra o, mülki əhali arasında ən azı altı nəfərin yaralandığının məlum olduğunu bildirib.

Bundan əlavə, düşmənin hücumları ticarət şəbəkəsinə məxsus anbarlara da ziyan vurub.

«Rusiya tərəfinin Dneprə hücumu nəticəsində bir nəfər həlak olub. Xilasedicilər həlak olan kişinin cəsədini dağıntılar altından çıxarmaq üçün çalışırlar», — deyə Qanja yerli vaxtla saat 13:38-də bildirib.

Lakin daha sonra o, şəhərdə ölənlərin sayının artdığını əlavə edib. Vilayət administrasiyasının rəhbərinin sözlərinə görə, ağır yaralanan bir qadın da vəfat edib.

«Həkimlər son ana qədər onun həyatı uğrunda mübarizə apardılar, lakin onu xilas etmək mümkün olmadı. Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm», — deyə Qanja əlavə edib.

QAZİLER.AZ