Kiyevə hücum: Hündürmərtəbəli bina və təhsil müəssisəsi yanır, yaralılar var

Kiyevə hücum: Hündürmərtəbəli bina və təhsil müəssisəsi yanır, yaralılar var backend

Sentyabrın 2-də Rusiya ordusu Kiyevin Şevçenkivski rayonuna dronlarla hücum edib.

Qaziler.az bildirir ki, RBC-Ukrayna telekanalının Telegram-dakı paylaşımına istinadən verdiyi məlumata görə, bu barədə Kiyev meri Vitali Kliçko bildirib.

"Şevçenkivski rayonunda pilotsuz təyyarənin zərbəsi nəticəsində altımərtəbəli yaşayış binasında yanğın baş verib", - mer bildirib.

Onun sözlərinə görə, artıq təcili yardım xidmətləri düşmənin zərbə endirdiyi yerə göndərilib.

Sonradan Kiyev Şəhər Hərbi Administrasiyasından (KŞHA) bildirilib ki, Şevçenkovski rayonunda tibb müəssisəsi zədələnib.

Həmçinin düşmənin hücumu nəticəsində Qoloseyevski rayonunda təhsil müəssisəsinin ərazisində yanğın baş verib.

“Pilotsuz uçuş aparatı (PUA) Şevçenkovski rayonunda 6 mərtəbəli yaşayış binasına düşüb. Nəticədə binanın bir hissəsi dağılıb. Həmçinin yaxınlıqda üçmərtəbəli binada yanğın baş verib”, – deyə mer əlavə edib.

“Ukrzaliznitsa” şirkətinin məlumatına görə, Kiyevin mərkəzində dəmir yolu infrastrukturuna zərbə endirilməsi qeydə alınmayıb.

Qeyd edək ki, saat 10:35-də Kliçko paytaxtın sağ sahilində hava hücumundan müdafiə qüvvələrinin işlədiyini bildirib.

Bununla əlaqədar o, şəhər sakinlərini təhlükəsiz yerlərdə qalmağa çağırıb.

Saat 12:27-də yenilənib

KŞHA-dan bildirilib ki, hazırda düşmənin hücumu nəticəsində üç nəfərin xəsarət aldığı məlumdur.

Onlara tibbi yardım göstərilir.

Saat 12:31-də yenilənib

Kliçkonun sözlərinə görə, Kiyevdə yaralananların sayı dörd nəfərə çatıb.

“İki yaralını həkimlər xəstəxanaya yerləşdiriblər, digər şəxslərə isə ambulator şəraitdə tibbi yardım göstərilir”, – deyə o bildirib.

QAZİLER.AZ