Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ukrayna Prezidenti Vladimir Zelenskinin Rusiyanın mülki aviasiyasına qarşı səsləndirdiyi təhdidlərə münasibət bildirib.
Qaziler.az bildirir ki, TASS-ın məlumatına görə, Zaxarova Kiyevin fəaliyyətini “dövlət mexanizmi ilə terror üsullarının birləşməsi” kimi qiymətləndirib.
“Bu, dövlət mexanizmi ilə terror üsullarının birləşməsidir. Bütün bunlar xaricdən əldə edilən vəsait hesabına həyata keçirilir. Bu isə Kiyev rejiminin terror fəaliyyətinə beynəlxalq xarakter verir”, – deyə diplomat bildirib.
Zaxarovanın sözlərinə görə, “terrorizm üzərində qurulan Kiyev rejimi dünya nizamı üçün təhlükə yaradır”.
QAZİLER.AZ

