Türkiyədə çoxsaylı nəqliyyat vasitəsinin iştirakı ilə qəza: Ölən və yaralanan var

Türkiyədə çoxsaylı nəqliyyat vasitəsinin iştirakı ilə qəza: Ölən və yaralanan var backend

Türkiyənin Aydın bölgəsinin Söke rayonunda motosiklet və iki avtomobilin iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər həyatını itirib, digər bir nəfər isə xəsarət alıb.

Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, "Ankara Evleri" adlanan yolayrıcında Berke Güneşin idarə etdiyi motosiklet iki avtomobillə toqquşub.

 

Zərbənin təsirindən motosiklet sürücüsü Güneş və motosikletdəki sərnişin yola düşərək xəsarət alıblar.

 

Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə polis və tibb briqadaları cəlb edilib.

 

Söke Dövlət Xəstəxanasına aparılan Güneş göstərilən tibbi müdaxiləyə baxmayaraq, xilas edilə bilməyib.

 

Avtomobil sürücüləri izahat vermək üçün polis bölməsinə aparılıblar.

QAZİLER.AZ