İranın cənubundakı Hörmüzgan vilayətinin Sirik şəhərinə ABŞ qüvvələrinin endirdiyi zərbələr nəticəsində toy mərasiminin azı iki iştirakçısı həlak olub.
Bu barədə Hörmüzgan vilayətinin qubernator müavini Əhməd Nəfisi İranın dövlət televiziyasına bildirib.
“Sirikə hücum zamanı təəssüf ki, toy mərasiminin keçirildiyi yaşayış binası zərbəyə məruz qalıb. Hadisə nəticəsində iki nəfər həlak olub, mərasimdə iştirak edən çox sayda insan isə yaralanıb”, – deyə o bildirib.
***
23:20
İranın cənubundakı Hörmüzgan vilayətinin Sirik şəhərində yaşayış məntəqəsi ABŞ qüvvələrinin zərbələrinə məruz qalıb.
Bu barədə Sirik rayonunun rəhbəri Rza Şəhidiyan İranın dövlət teleradio şirkətinə bildirib.
“Bu axşam ABŞ qüvvələrinin Kuhestak limanındakı yaşayış məntəqəsinə hücumu nəticəsində bir neçə vətəndaş yaralanıb. Ehtimal ki, ölənlər də var”, – deyə o bildirib.
Məlumata görə, zərbələr zamanı şəhərdə keçirilən toy mərasiminin iştirakçıları mərmi qəlpələrinin ətrafa səpələnməsi nəticəsində xəsarət alıblar.

