Rusiya Kiyev yaxınlığındakı anbarlara zərbə endirib, böyük yanğın başlayıb

Rusiya Kiyev yaxınlığındakı anbarlara zərbə endirib, böyük yanğın başlayıb backend

Sentyabrın 1-də axşam Rusiya yenidən Kiyev vilayətinə dronlarla hücum edib. Buçanski rayonunda anbarlara ziyan dəyib və ərazidə yanğın baş verib.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Kiyev Vilayəti Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenkonun Telegram-da paylaşdığı məlumata istinadən xəbər verir.

“Təəssüf ki, düşmən Kiyev vilayətini terrora məruz qoymaqda davam edir. PUA hücumları artıq altıncı gündür davam edir”, — Tkaçenko qeyd edib.

Növbəti hücum nəticəsində Brovarı rayonunda 1971-ci il təvəllüdlü qadın xəsarət alıb. O, bud nahiyəsindən yaralanıb. Yaralı qadın yerli xəstəxanaya yerləşdirilib və ona zəruri tibbi yardım göstərilir.

QAZİLER.AZ