“Abxaziya üzərində nəzarətin bərpasına aparan yolun yalnız maksimum 50 min abxazla barışmaqdan keçdiyini düşünən şəxsin başında fikir əvəzinə tklapi var (tklapi — gürcü mətbəxinə aid milli şirniyyatdır, tkemali gavalısının (alçanın) qurudulmuş meyvə püresindən hazırlanır — red.). Abxazlar bizə nifrət edir və bununla bağlı heç nə etmək mümkün deyil”.
Qaziler.az yerli mətbuata istinadən bildirir ki, bu barədə Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili sosial şəbəkədə yazıb.
Saakaşvilinin sözlərinə görə, “Abxaziya böyük geosiyasi məsələdir və onun həlli Rusiya imperiyasının zəifləməsi və ehtimal olunan parçalanması ilə bağlıdır”.
“Bu, Ukraynanın uğurlarından, Qərbin gücündən və əlbəttə ki, Gürcüstanın özünün hansı vəziyyətdə olacağından asılı olan məsələdir.
Ona görə də falçılıqla məşğul olmağı dayandırın və məsələyə daha geniş prizmadan baxın. Həmçinin vəfat etmiş abxaz bloqçu Daur Buavanın ailəsinə başsağlığı vermək istəyirəm”, — Mixail Saakaşvili yazıb.
QAZİLER.AZ

