Rusiya səması tamamilə təhlükəli vəziyyətə gəlir - Zelenski

Rusiya səması tamamilə təhlükəli vəziyyətə gəlir - Zelenski backend

Rusiyanın hava məkanı dronların kütləvi şəkildə mövcudluğu səbəbindən mülki aviasiya üçün təhlükəli vəziyyətə gəlir. Ukrayna beynəlxalq aviaşirkətləri və sığorta şirkətlərini bu riskləri nəzərə almağın zəruriliyi barədə xəbərdar edir.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Prezident Vladimir Zelenskinin bəyanatına istinadən məlumat yayıb.

Dövlət başçısı Rusiyanın hava məkanından istifadə edən bütün aviaşirkətlərə, eləcə də Rusiyanın əsas hava limanlarından istifadə edən sığorta şirkətlərinə müraciət edərək bildirib ki, “Rusiya səması tamamilə təhlükəli vəziyyətə gəlir”.

“Ukrayna mülki aviasiyanın özünə - heç bir mülki təyyarəyə təhlükə yaratmır. Sadəcə, Rusiya səmasında o qədər çox dron olacaq ki, bunu nəzərə almaq lazımdır. Rusiya hakimiyyəti bu barədə lazımi qaydada məlumat verməsə də, faktiki olaraq Rusiya səması bağlanacaq: Rusiyanın başlatdığı müharibə onun səmasını bağlayır”, - deyə prezidentin bəyanatında bildirilir.

QAZİLER.AZ