Paşinyan Putinlə görüşdə Rusiya-Ermənistan münasibətlərinin gələcəyindən danışıb

Paşinyan Putinlə görüşdə Rusiya-Ermənistan münasibətlərinin gələcəyindən danışıb backend

Ermənistan Rusiya ilə münasibətlərin inkişafında maraqlıdır.

Qaziler.az bildirir ki, "TASS" agentliyinin verdiyi məlumata görə, bu barədə respublikanın Baş naziri Nikol Paşinyan bəyan edib.

"Biz Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmaq barədə məlumat verməmişik, mövcud vəziyyətdə bunu əsas götürmək lazımdır", - Paşinyan vurğulayıb.

Paşinyan Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) mümkün çıxışını da şərh edib. Onun sözlərinə görə, müqavilədə üzvlərdən birinin çıxmaq qərarı verəcəyi təqdirdə necə hərəkət etməli olduğu qeyd edilib, lakin sənəddə hər hansı bir üzvün KTMT-dən kənarlaşdırılması barədə bənd yoxdur.

Putin və Paşinyanın görüşü Qırğızıstanda keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində baş tutur.

Daha əvvəl xəbər verilmişdi ki, Paşinyan Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin liderləri arasında ŞƏT liderlərinin sammitində rus dilində çıxış etməyən yeganə rəhbər olub.

QAZİLER.AZ