Putin və Paşinyan Ermənistandakı seçkilərdən sonra ilk dəfə görüşdülər - VİDEO

Putin və Paşinyan Ermənistandakı seçkilərdən sonra ilk dəfə görüşdülər - VİDEO backend

Rusiya Prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla ikitərəfli görüş keçirir.

Qaziler.az bildirir ki, bu barədə TASS məlumat yayıb.

Bu danışıqlar Ermənistanda keçirilən seçkilərdən sonra Putinlə Paşinyanın ilk üzbəüz görüşü olub. Rusiya Prezidenti ilə Ermənistanın Baş naziri sonuncu dəfə 2026-cı ilin aprel ayında görüşüblər.

Danışıqlarda Rusiya nümayəndə heyətinin tərkibinə xarici işlər naziri Sergey Lavrov, Prezident Administrasiyası rəhbərinin müavini Maksim Oreşkin, Baş nazirin müavini Aleksey Overçuk, Prezidentin mətbuat katibi Dmitri Peskov, Prezidentin köməkçisi Yuri Uşakov, nəqliyyat naziri Andrey Nikitin, energetika naziri Sergey Tsivilyov, Rosselxoznadzorun rəhbəri Sergey Dankvert, Rusiya Dəmir Yollarının (RJD) baş direktoru Oleq Belozerov və “Rosatom”un rəhbəri Aleksey Lixaçov daxil olub.

QAZİLER.AZ