Rusiyada barlar bağlanmağa başlayıb

Rusiyada barlar bağlanmağa başlayıb backend

Rusiyanın əhalisi bir milyondan çox olan şəhərlərində barlar bağlanmağa başlayıb.

Qaziler.az bildirir ki, bu barədə «Ведомости» nəşri 2GIS xidmətinin məlumatlarına istinadən yazır.

Qeyd olunur ki, avqustun sonuna olan məlumata görə, Rusiyanın əhalisi bir milyondan çox olan şəhərlərində 5,9 min bar fəaliyyət göstərib. Bu, ötən illə müqayisədə 6% azdır. Xüsusilə, Moskvada il ərzində belə müəssisələrin sayı 14% azalaraq 1,9 minə düşüb. Krasnodarda isə azalma 9% təşkil edib və barların sayı 285-ə enib.

Ekspertlər hesab edirlər ki, barlara artan rəqabət, eləcə də əhalinin alıcılıq qabiliyyətinin azalması, fəaliyyət xərclərinin və vergi yükünün artması mənfi təsir göstərib. Digər səbəblər arasında iş günlərində müştəri axınının kəskin azalması da göstərilir. İnsanlar getdikcə daha çox evdə qalmağa üstünlük verirlər. Bundan əlavə, ümumilikdə alkoqola marağın azalması da təsir edən amillərdən biridir.

Bundan əvvəl Rusiyanın prezidentinin xüsusi nümayəndəsi Boris Titov gənclərin alkoqol qəbul etmək istəməməsindən «qətiyyən xoşlanmadığını» bildirib. O qeyd edib ki, hazırda çoxlu sayda alkoqolsuz içkilər, alkoqolsuz şampan və qazsız şərablar istehsal olunur. Lakin Titovun fikrincə, bunların heç biri «əhval-ruhiyyə yaratmır». Siyasətçi, məsələn, bir qədəh köpüklü şərabdan necə imtina etməyin mümkün olduğunu anlamadığını bildirib.

QAZİLER.AZ