Türkiyənin Bursa əyalətində keçirilən şənlikdən sonra təxminən 400 nəfər tibbi yardıma müraciət edib.
Qaziler.az bildirir ki, bu barədə yerli səhiyyə idarəsinin məlumatında deyilir.
"Tədbirdə toyuq və düyü yedikdən sonra zəhərlənən 367 vətəndaş Orhaneli Xəstəxanasına və bir neçə digər müəssisəyə müraciət edib", - açıqlamada bildirilir.
İdarənin məlumatına görə, müalicə alanlardan 74-ü sonda xəstəxanaya yerləşdirilib, onların əksəriyyəti artıq evə buraxılıb, 23-ü isə tibbi müşahidə altındadır.
QAZİLER.AZ

