Rusiya Kiyevi vurdu: Dağıntılar və ağır yaralılar var

Rusiya Kiyevi vurdu: Dağıntılar və ağır yaralılar var backend

Avqustun 31-də Rusiyanın Kiyev və vilayətə hücumu nəticəsində altı nəfər xəsarət alıb. Onlardan üçü ağır vəziyyətdə xəstəxanalardadır, daha bir neçə obyektdə isə zərbələrin fəsadlarının aradan qaldırılması prosesi davam edir.

Qaziler.az bildirir ki, bu barədə "RBC-Ukrayna" Kiyevin meri Vitali Kliçkonun paylaşımına istinadən məlumat yayıb.

Mer paytaxt və Kiyev vilayətinə edilən Rusiya hücumu nəticəsində altı nəfərin yaralandığını bildirib. Onların əksəriyyəti Poqrebi kəndində xəsarət alıb. Yaralananlardan üçü şəhər xəstəxanalarına yerləşdirilib, onların vəziyyəti ağır qiymətləndirilir.

Vilayətdə anbarlar alışıb yandı

Rusiya zərbələrindən sonra xilasedicilər Kiyev vilayətinin BrovariBorispol rayonlarında eyni vaxtda bir neçə obyektdə işləyirlər. Oradakı anbar binalarında yanğınlar baş verib. Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidməti hücumun fəsadlarının aradan qaldırılmasına dair fotolar dərc edib.

Hücumun nəticələrini operativ şəkildə aradan qaldırmaq üçün prosesə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin əlavə qüvvə və texnikası cəlb olunub.

QAZİLER.AZ