Türkiyədə meşə yanğınları ilə bağlı 15 nəfər həbs edilib

Türkiyədə meşə yanğınları ilə bağlı 15 nəfər həbs edilib backend

Türkiyənin ədliyyə naziri Akın Gürlek 1 iyundan etibarən müxtəlif bölgələrdə baş verən 97 meşə yanğını ilə bağlı aparılan istintaq tədbirləri çərçivəsində müəyyən edilmiş 69 şübhəli şəxsdən 15-nin həbs olunduğunu açıqlayıb. Meşə yanğınları ilə əlaqədar istintaq və təhqiqat prosesləri davam edir.

Türkiyənin ədliyyə naziri Akın Gürlek özünün "NSosyal" hesabından etdiyi açıqlamada "yaşıl vətən"i qorumaq mübarizəsini qətiyyətlə davam etdirdiklərini vurğulayıb. 

Meşə yanğınları ilə bağlı aparılan təhqiqatlar barədə məlumat verən Gürlek sözlərinə belə davam edib:

"22-30 avqust tarixləri arasında baş vermiş 22 yeni meşə yanğını ilə bağlı aparılan təhqiqatlarda 23 şübhəli şəxs müəyyən edilib, 3 şübhəli həbs olunub, 9 şübhəli barəsində isə məhkəmə nəzarəti qətimkan tədbiri tətbiq edilib. Bir şübhəlinin gözaltı əməliyyatları davam edərkən, 2 şübhəli haqqında isə axtarış qərarı var. 1 iyundan bu günə qədər isə baş vermiş 97 meşə yanğını ilə bağlı aparılan hüquqi proseslərdə ümumilikdə 69 şübhəli şəxs müəyyən edilib, onlardan 15-i həbs edilib, 30 şübhəli barəsində məhkəmə nəzarəti qətimkan tədbiri tətbiq olunub, 1 şübhəli gözaltındadır və 2 şübhəli şəxs haqqında axtarış qərarı qüvvədədir".

Gürlek respublika baş prokurorluqlarının hüquq-mühafizə orqanları və meşə mühafizə qrupları ilə koordinasiyalı şəkildə yanğınların çıxma səbəblərini və məsuliyyət daşıyan şəxsləri ən xırda detalına qədər araşdırmağa davam etdiyini vurğulayaraq bu ifadələri işlədib: "Bir daha bəyan edirəm: Qəsdən, laqeydlikdən və ya ehtiyatsızlıqdan 'yaşıl vətən'imizə zərər vuran heç kim etdiyinin cəzasız qalacağını düşünməsin".