Rusiyada gəlin qohumunu xilas etmək üçün çaya atıldı - VİDEO

Rusiyada gəlin qohumunu xilas etmək üçün çaya atıldı - VİDEO backend

Sankt-Peterburqda su polisi gəmidə toy gəzintisi zamanı suya düşən iki nəfəri xilas edib.

Qaziler.az bildirir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Şimal-Qərb Federal Dairəsi üzrə Nəqliyyat İdarəsi bu barədə 31 avqust tarixində "Maks" messencerində məlumat yayıb.

Hadisə Böyük Nevka akvatoriyasında patrul xidməti zamanı baş verib. Polislər iki nəfərin gəmidən suya düşdüyünü fərq edərək dərhal hadisə yerinə yaxınlaşıb və onlara xilasedici dairələr atıblar.

Məlum olub ki, gəmidə toy şənliyi keçirilirmiş. Kirov vilayətindən olan 20 yaşlı gənc naməlum səbəbdən suya yıxılıb. Onun 24 yaşlı qohumu isə hadisəni görərək ona kömək etmək məqsədilə arxasınca suya tullanıb.

Su polisinin əməkdaşları hər iki şəxsi patrul katerinə çıxarıblar. Hadisə nəticəsində xəsarət alan olmayıb və xilas edilənlər polislərə operativ köməkliyə görə təşəkkür ediblər.

QAZİLER.AZ