Rusiya Prezidenti Vladimir Putin Ermənistanın keçmiş prezidenti Robert Koçaryanı ad günü münasibətilə təbrik edib və ona sınaqlar qarşısında dözümlülük arzulayıb.
Qaziler.az "izvestiya"ya istinadən bildirir ki, müvafiq təbrik teleqramı avqustun 31-də Kremlin mətbuat xidməti tərəfindən dərc olunub.
«Rusiyada ölkələrimiz arasında dostluq və müttəfiqlik əlaqələrinin inkişafına verdiyiniz şəxsi töhfə unudulmur», — deyə «Maks» messencerindəki məlumatda bildirilir.
Putin həmçinin Ermənistanın keçmiş rəhbərinə möhkəm cansağlığı və ruh yüksəkliyi arzulayıb.
Qeyd edək ki, əli Azərbaycan xalqının qanına bulaşmış, dinc əhaliyə qarşı qətliamların başında dayanan Köçəryanın 72 yaşı tamam olub.
QAZİLER.AZ

