Tbilisidə ağır cinayət: Rusiya vətəndaşı bıçaqlanaraq öldürülüb
Qaziler.az gürcü mətbuatına istinadən bildirir ki, bir neçə saat əvvəl Barataşvili təpəsində ağır cinayət hadisəsi baş verib. Hadisə yerində kriminalist-ekspertlər hələ də işləyirlər.
Kişinin meyiti yoldan keçən şəxslər tərəfindən aşkarlanıb. İlkin məlumata görə, ona bir neçə bıçaq zərbəsi endirilib.
“Pirveli” televiziyasının məlumatına görə, öldürülən şəxs Gürcüstana iki gün əvvəl gəlib. Rusiya vətəndaşının avqustun 26-da sərhədi keçdiyi qeydə alınıb.
“Gənc oğlan öldürülüb. Bildiyimizə görə, o, Gürcüstan vətəndaşı deyil və iki gün əvvəl Rusiya sərhədini keçib. Deyilənə görə, münaqişə “Spar” supermarketində başlayıb, daha sonra onlar kameraların olduğu istiqamətdə Barataşvili tərəfə gediblər. Burada heç bir kamera işləmir və nə baş verdiyini, hadisənin hansı şəraitdə baş verdiyini müəyyən etmək mümkün olmayıb. Mən burada yaşayıram, amma heç bir münaqişə səsi eşitmədim”, — deyə yerli sakin bildirib.
Təcili xidmət əməkdaşlarına verilən məlumata görə, hadisənin ehtimal olunan törədicisi hüquq-mühafizə orqanlarından gizlənir.
QAZİLER.AZ

