Kamçatka diyarının sahilləri yaxınlığında 5,2 maqnitudalı zəlzələ baş verib.
Qaziler.az bildirir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.
Zəlzələ Kamçatka diyarının Petropavlovsk-Kamçatski şəhərindən 149 km cənub-şərqdə qeydə alınıb. Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib. Ölən və xəsarət alanlar, eləcə də dağıntılar barədə məlumat yoxdur.
Avqustun 3-də Baykal gölünün cənub hissəsində də zəlzələ baş verib. Yeraltı təkanların maqnitudası 3,4 olub. Təbii hadisənin episentri gölün akvatoriyasında, Anqara çayından 34 km, Tanxoy dəmir yolu stansiyasından isə 7 km məsafədə yerləşib. Tanxoy stansiyası Buryatiyanın Kabansk rayonunun ərazisində yerləşir. Dağıntı və xəsarət alanların olmadığı bildirilib.
Həmin gün Kamçatka sahilləri yaxınlığında 4,7 maqnitudalı daha bir zəlzələ baş verib. Zəlzələnin ocağı 22,7 km dərinlikdə yerləşib.

