Türkiyədə maşın dərəyə aşıb: 4 nəfər ölüb, 5 nəfər yaralanıb

Türkiyədə maşın dərəyə aşıb: 4 nəfər ölüb, 5 nəfər yaralanıb backend

Bingölün Genç rayonunda yüngül kommersiya nəqliyyat vasitəsinin dərəyə düşməsi nəticəsində 4 nəfər ölüb, 5 nəfər yaralanıb.

Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, sürücüsünün adı hələlik məlum olmayan yüngül kommersiya nəqliyyat vasitəsi Yatansöğüt kənd yolunda idarəetməni itirərək dərəyə aşıb.

Məlumatdan sonra hadisə yerinə 112 Təcili Tibbi Yardım Xidməti, UMKE (Milli Tibbi Xilasetmə Qrupu), AFAD ( Fövqəladə Halların İdarə Olunması İdarəsinin) və jandarma qrupları göndərilib.

Qruplar tərəfindən aparılan yoxlamadan sonra nəqliyyat vasitəsində olan dörd nəfər həyatını itirdiyi müəyyən edilib.

Qəzada yaralanan beş nəfər Genç dövlət xəstəxanasına aparılıb.

Cəsədlər autopsiya üçün xəstəxana morquna aparılıb.

QAZİLER.AZ