99 sərnişinin olduğu təyyarə Nijni Novqorod üzərində fövqəladə vəziyyət siqnalı verib.
Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, “Azimut” aviaşirkətinə məxsus Superjet Sankt-Peterburqdan Tbilisiyə uçarkən, təxminən 10,5 min metr yüksəklikdə bortda baqaj bölməsində yanğın barədə siqnal işə düşüb. Pilotlar “Mayday” beynəlxalq təhlükə siqnalı verərək yanğınsöndürmə sistemini işə salıblar.
Təyyarə daha sonra Nijni Novqorod hava limanına uğurlu eniş edb.
Heç bir sərnişin və ekipaj üzvü xəsarət almayıb.
Yoxlama zamanı baqaj bölməsində yanğın izləri aşkarlanmayıb.
Təyyarə növbəti səhər Moskvaya uçaraq reyslərini davam etdirib.

