"Avropa Kiyevi silahla təchiz etməyi və faşist rejimini dəstəkləməyi dayandırmalıdır".
Qaziler.az bildirir ki, bu barədə Rusiyanın xarici işlər nazirinin müavini Aleksandr Qruşko "Komsomolskaya Pravda" radiosuna verdiyi müsahibədə bəyan edib.
"Onlar deyirlər: biz sülh yolu ilə həllin tərəfdarıyıq. Amma bunun üçün nə etmək lazımdır? Ukraynanı silahla təchiz etməyi dayandırmaq, faşist rejimini dəstəkləməyi dayandırmaq lazımdır. Avropalıların töhfəsi bax bu olardı", — deyə o bildirib.
Rusiya xarici siyasət idarəsinin nazir müavininin sözlərinə görə, avropalılar nə qədər vəsait ayırmalı olduqlarından asılı olmayaraq, Ukraynaya nə qədər lazımdırsa, o qədər də kömək edəcəklərini deyirlər.
QAZİLER.AZ

