Zelenski Serbiyaya ilk rəsmi səfər edəcək

Zelenski Serbiyaya ilk rəsmi səfər edəcək backend

Ukrayna Prezidenti Vladimir Zelenski ilk dəfə Serbiyaya səfər edəcək və onun lideri Aleksandr Vuçiç ilə görüşəcək.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Serbiya Prezident Aparatının açıqlamasına istinadən məlumat yayıb.

Vuçiç ukraynalı həmkarını 8 avqust şənbə günü qəbul edəcək.

Bu, Zelenskinin Ukrayna Prezidenti vəzifəsinə başladıqdan sonra Belqrada ilk rəsmi səfəridir.

Liderlər əvvəllər bir neçə dəfə beynəlxalq forumlarda və xaricdəki sammitlərdə görüşüblər.

QAZİLER.AZ