Ukrayna Prezidenti Vladimir Zelenski ilk dəfə Serbiyaya səfər edəcək və onun lideri Aleksandr Vuçiç ilə görüşəcək.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Serbiya Prezident Aparatının açıqlamasına istinadən məlumat yayıb.
Vuçiç ukraynalı həmkarını 8 avqust şənbə günü qəbul edəcək.
Bu, Zelenskinin Ukrayna Prezidenti vəzifəsinə başladıqdan sonra Belqrada ilk rəsmi səfəridir.
Liderlər əvvəllər bir neçə dəfə beynəlxalq forumlarda və xaricdəki sammitlərdə görüşüblər.
QAZİLER.AZ

