Ukraynada yeni bayram təsis edildi

Ukraynada yeni bayram təsis edildi backend

Ukrayna Prezidenti Vladimir Zelenski Ukraynada hər il avqustun 8-də qeyd olunacaq Ukrayna Silahlı Qüvvələrinin Rabitə və Kibertəhlükəsizlik Qoşunları Günü təsis edib.

Qaziler.az UNİAN-a istinadən bildirir ki, bu barədə dövlət başçısının saytında dərc olunmuş 713/2026 nömrəli müvafiq fərmanda deyilir .

Fərmanda qeyd olunur ki, bu bayram Ukraynanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə göstərdikləri rəşadət və qəhrəmanlığın şərəfinə, həmçinin hərbi ənənələrin inkişaf etdirilməsi məqsədilə təsis edilir.

Dövlət başçısının 6 avqust tarixli fərmanının dərc olunduğu gündən qüvvəyə minməsi vacibdir.

Bununla yanaşı, prezidentin 1 fevral 2000-ci il tarixli 154/2000 nömrəli "Rabitə Qoşunları Günü haqqında" fərmanının qüvvədən düşmüş hesab edilməsi nəzərdə tutulur