Belqorod vilayətində dron hücumu nəticəsində dörd nəfər yaralanıb

Belqorod vilayətində dron hücumu nəticəsində dörd nəfər yaralanıb backend

Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Belqorod vilayətinə hücumları nəticəsində dörd nəfər xəsarət alıb.

Qaziler.az bildirir ki, bu barədə avqustun 6-da regional operativ qərargah məlumat yayıb.

"Belqorod dairəsinin Tolokonnoye kəndində dron hücumu zamanı ayaqlarından qəlpə yaraları alan kişi Oktyabrski rayon xəstəxanasına çatdırılıb. Müalicəsini davam etdirmək üçün o, Belqorod şəhərinin 2 nömrəli şəhər xəstəxanasına köçürülüb", — deyə operativ qərargah "Maks" messencerində yazıb.

Şebekino dairəsinin Novaya Tavoljanka kəndində motosikletçi yaralanıb. Zərərçəkən Şebekino mərkəzi rayon xəstəxanasına çatdırılıb.

Nikolskoye kəndində isə bir kişi partlayıcı təhlükəli əşyanı yerdən qaldırdıqdan sonra bədəninin çoxsaylı qəlpə yaraları alıb. Sursat onun əlində partlayıb. Hazırda zərərçəkən əməliyyat otağındadır.

Bundan əlavə, Novenkoye kəndində dronun müəssisəyə hücumundan sonra bir qadına akubaratravma (kontuziya) diaqnozu qoyulub. Ona tibbi yardım göstərilib.

QAZİLER.AZ