Gürcüstanda elektrik verilişi tam bərpa olunub

Gürcüstanda elektrik verilişi  tam bərpa olunub backend

Gürcüstanda elektrik təchizatı ilə bağlı problem tam aradan qaldırılıb.

Qaziler.az xəbər verir ki, Gürcüstanın Dövlət Elektrik Sisteminin mətbuat xidmətinin bildirdiyinə görə, elektrik cərəyanının verilişi tamamilə bərpa olunub və ölkədə hazırda işıqsız qalan bir abunəçi belə yoxdur.

Bütün strateji və həyati-əhəmiyyətli obyektlər və müəssisələrin gücləndirilmiş iş rejimində işlədiyi bildirilir.

Xatırladaq ki, bundan əvvəl avqustun 5-də axşam saat 20:10-dan etibarən paytaxt Tbilisi daxil olmaqla, ölkənin əksər bölgələri işıqsız qalmışdı.

Trend.az