ABŞ və İsrail İranı 48 saat ərzində ələ keçirmək istəyirdi - Pezeşkian

ABŞ və İsrail İranı 48 saat ərzində ələ keçirmək istəyirdi - Pezeşkian backend

ABŞ ilə İsrail İranı 48 saat ərzində ələ keçirmək istəyirdi.

Qaziler.az ISNA-ya istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.

"Bütün çətinliklərə baxmayaraq, bu gün İranı güclü və hörmətli bir ölkə adlandırırlar", - Pezeşkian bildirib.

Andiçmə mərasiminin ildönümü ilə bağlı xalqa müraciətində İran Prezidenti əlavə edib ki, ABŞ-nin bütün səyləri nifaq yaratmağa yönəlib.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirilib. Həmin gün zərbələr nəticəsində İranın sabiq ali rəhbəri Əli Xamenei öldürülüb. İran buna cavab olaraq İsrail ərazisinə və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib.

Report.az