Gürcüstanın paytaxtı Tbilisi və ölkənin əksər bölgələrində elektrik enerjisinin verilişi dayandırılıb.
Qaziler.az xəbər verir ki, elektrik təchizatı təxminən saat 20:15 radələrində kəsilib.
Məlumata görə, kəsinti dəmir yolu nəqliyyatının işinə də təsir edib. Bəzi marşrutlar üzrə hərəkətdə fasilələr yaranıb.
Hazırda elektrik enerjisinin kəsilməsinin səbəbi ilə bağlı rəsmi açıqlama yayılmayıb.
Xatırladaq ki, analoji kütləvi elektrik kəsintiləri iyulun 24 və 25-də də qeydə alınmışdı. Aparılan ilkin araşdırmalarda iyuldakı qəzaların Azərbaycan enerji sistemindən qəfil ayrılma və "İmereti" yüksəkgərginlikli elektrikötürmə xəttindəki nasazlıqlar səbəbindən baş verdiyi bildirilirdi. Ard-arda təkrarlanan bu genişmiqyaslı kəsintilərlə bağlı Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən cinayət məcəlləsinin "sabotaj" maddəsi ilə rəsmi təhqiqat aparılır.

