Rusiyada uzun müddət yaşamış və işləmiş latviyalı müğənni Layma Vaykule ruslarla döyüşməyə hazır olduğunu etiraf edib.
Qaziler.az lenta.ru-ya istindən bildirir ki, o, bu barədə "Deutsche Welle" radiostansiyasına verdiyi müsahibədə danışıb.
Söhbət zamanı Vaykuledən "Rusiya Latviyaya hücum edərsə" nə edəcəyi soruşulub. "Vernisaj" mahnısının ifaçısı "Mən əlimə avtomat alacam", — deyə bəyan edib.
Bununla belə, Layma dərhal sözünə düzəliş edərək ölkələr arasındakı münasibətlərdə sülh yolu ilə nəticələnməyə ümid etdiyini bildirib.
"Bilmirəm, mən optimistəm. Mən, əslində, hər zaman beləyəm", — deyə o əlavə edib.
QAZİLER.AZ

