51 yaşlı rusiyalı turist Xakasiya dağlarında azıb.
Qaziler.az bildirir ki, "Komsomolskaya Pravda" qəzetinin məlumatına görə, o, iki gün təkbaşına olsa da sağ qala bilib və sonra təbiət qoruğuna çataraq özünü xilas edib.
Hadisə Taştıpski rayonunda baş verib. Avqustun 2-də bir qrup turist Kurukul aşırımında olarkən onlardan biri ayrılıb və azıb. Kişi iki gün aşırımda gəzib, Cənubi Sibir Axtarış-Xilasetmə Qrupunun üzvləri isə onu axtarıblar.
Avqustun 4-də rusiyalı Ona çayındakı "Xakasiya" Təbiət Qoruğunun kordonuna çatıb. Onun vəziyyəti qənaətbəxşdir.
QAZİLER.AZ

