İstanbulun Fatih rayonunda mübahisəni həll etmək üçün toplaşan iki qrup arasında mübahisə tez bir zamanda bıçaqlı davaya çevrilib.
Qaziler.az bildirir ki, hadisədə 19 yaşlı oğlan həyatını itirib, bir nəfər isə ağır yaralanıb.
Dava ilə bağlı səkkiz şübhəli saxlanılıb və dəhşətli hadisə təhlükəsizlik kameralarına düşüb.
Hadisə əvvəlki gecə saat 2:30 radələrində baş verib. Məlumata görə, iki qrup arasında mübahisə sosial mediada naməlum səbəbdən başlayıb və daha sonra görüşmək üçün razılaşıblar. Lakin görüş zamanı qruplar arasınında başqa bir mübahisə yaranıb.
Mübahisə tez bir zamanda davaya çevrilib. Əli Anzo və Əli Hilal dava zamanı bıçaqlanıblar, polis və tibb qrupları isə məlumat əsasında hadisə yerinə göndərilib.
Ağır yaralanan Əli Anzo təcili yardım işçiləri tərəfindən ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya aparılıb. Lakin bütün səylərə baxmayaraq, onu xilas etmək mümkün olmayıb. Hilalın vəziyyəti kritik olaraq qalır.
Hadisə ilə əlaqədar səkkiz nəfər saxlanılıb və dava ilə bağlı istintaq davam edir.
QAZİLER.AZ

