Rusiya qoşunları avqustun 5-i səhər saatlarında Xarkova "Banderol" pilotsuz raketləri ilə hücum edib. Zərbələr nəticəsində zərərçəkənlər var.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Xarkov meri İqor Terehovun Telegram kanalına istinadən xəbər verir.
Xarkovun Novobavarski rayonunda "Banderol"un hədəfə dəyməsi qeydə alınıb. Düşmən mülki müəssisəni vurub. Xolodnoqorski rayonunda isə zərbə fərdi yaşayış evinin ərazisinə düşüb. Ətrafdakı evlərə və bir neçə avtomobilə ziyan dəyib.
Ümumilikdə Xarkovda səkkiz nəfərin xəsarət aldığı məlumdur: üçü Xolodnoqorsk rayonunda, beşi isə Novobavarskidə.
QAZİLER.AZ

