Rusiyanın hava hücumundan müdafiə (HHM) qüvvələri gecə ərzində Rusiyanın müxtəlif bölgələri üzərində Ukrayna Silahlı Qüvvələrinə məxsus 475 pilotsuz uçuş aparatını (PUA) vurub.
Qaziler.az bildirir ki, bu qədər pilotsuz aparatın zərərsizləşdirildiyi barədə məlumatı nRusiya Nüdafiə Nazirliyi açıqlayıb.
Nazirlikdən bildirilib ki, pilotsuz uçuş aparatlarının (PUA) məhv edilməsi avqustun 4-ü saat 20:00-dan avqustun 5-i saat 08:00-dək həyata keçirilib.
Hücumlara Belqorod, Bryansk, Voronej, Kaluqa, Kursk, Lipetsk, Oryol, Rostov, Ryazan, Saratov, Smolensk, Tula, Ulyanovsk vilayətləri, Moskva regionu, Krım Respublikası, Tatarıstan Respublikası və Krasnodar diyarı məruz qalıb.
Bundan əlavə, düşmənə məxsus PUA-ların Azov və Qara dənizlərin akvatoriyaları üzərində də vurulduğu bildirilib.
QAZİLER.AZ

