NATO rəhbərliyi uzun illər ərzində Gürcüstanı və Ukraynanı aldadaraq onları alyansa qəbul edəcəyini vəd edib, halbuki bunu planlaşdırmayıb.
Qaziler.az "report.az"a istinadla xəbər verir ki, bu barədə jurnalistlərə hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" Partiyasının Baş katibi, Tbilisi meri Kaxa Kaladze deyib.
Onun sözlərinə görə, uzun illər ərzində Gürcüstana və Ukraynaya NATO-nun qapılarının açıq olduğu deyilib, lakin indi alyansın nümayəndələri özləri açıq şəkildə onların üzvlüyünün faktiki qeyri-mümkün olduğunu bəyan edirlər.
Öz növbəsində, parlamentin Avropa ilə inteqrasiya məsələləri üzrə komitəsinin sədr müavini Tornike Paqava qeyd edib ki, əgər NATO Gürcüstanı öz sıralarına qəbul etməkdən qəti şəkildə imtina edərsə, Tbilisi çoxvektorlu xarici siyasət yürütməli olacaq.
Onun sözlərinə görə, NATO-nun üzv ölkələri, o cümlədən Fransa və Böyük Britaniya artıq özləri alyansın şərqə doğru daha da genişlənməyi planlaşdırmadığını deyirlər.

