Şimali Kiprdə qazaxıstanlı qadına bıçaqla hücum edilib

Şimali Kiprdə qazaxıstanlı qadına bıçaqla hücum edilib backend

Şimali Kiprdə bıçaq xəsarəti alan 22 yaşlı Qazaxıstan vətəndaşı xəstəxanaya yerləşdirilib.

Məlumatı Qazaxıstan Respublikasının Xarici İşlər Nazirliyi təsdiqləyib.

Qaziler.az bildirir ki, bu barədə "Kazinform" agentliyinin müxbiri xəbər verir.

Yerli mətbuatın məlumatına görə, hadisə Nikosiya şəhərindəki "Metropol" supermarketində baş verib.

Bıçaqlı hücum nəticəsində iki nəfər xəsarət alıb. İlkin məlumata görə, bir kişi hələlik müəyyən edilməyən səbəblərdən bir qadına ölümcül xəsarət yetirməyə çalışıb.

Hücumdan sonra şübhəli şəxs bıçaqla özünə də xəsarətlər yetirib. Qazaxıstan Xarici İşlər Nazirliyindən baş verənlərdən xəbərdar olduqlarını bildiriblər. Bu məsələ xarici siyasət idarəsinin nəzarətindədir.

"Qazaxıstan Respublikasının Xarici İşlər Nazirliyi Şimali Kiprdə vətəndaşımızın iştirakı ilə baş vermiş insidentdən xəbərdardır. Hazırda qazaxıstanlı diplomatlar hadisənin təfərrüatlarını araşdırır və yerli səlahiyyətli orqanlarla əlaqədədirlər. Rəsmi məlumatlar daxil olduqca əlavə məlumat veriləcək", — deyə Qazaxıstan XİN-dən bildirilib.

Polisin məlumatına görə, hadisənin dəqiq səbəbləri hələlik müəyyən edilməyib.

Faktla bağlı araşdırma aparılır.

QAZİLER.AZ