Kişi voleybolçulardan ibarət Rusiya yığması Polşada keçiriləcək 2027-ci il dünya çempionatında iştirak etməkdən imtina edib.
Qaziler.az lenta.ru-ya istinadən bildirir ki, bu barədə Ümumrusiya Voleybol Federasiyasının (VFV) saytında məlumat verilib.
Bu qərarın səbəbi kimi həmin ölkənin ərazisində rusiyalı idmançılar üçün təhlükəsizlik zəmanətinin olmaması göstərilib. "Qadınlardan ibarət Rusiya yığmasının dünya çempionatında iştirakı imkanları nəzərdən keçirilir", — deyə VFV-dən əlavə ediblər.
Federasiyadan həmçinin qeyd ediblər ki, Rusiyanın kişi və qadın yığmaları 2027-ci il Millətlər Liqasının turnirində iştirak edəcəklər. Müvafiq qərar Beynəlxalq Voleybol Federasiyası (FIVB) tərəfindən qəbul edilib.
QAZİLER.AZ

