Rusiya Kramatorska zərbə endirdi: Çox sayda yaralı var - FOTO

Rusiya Kramatorska zərbə endirdi: Çox sayda yaralı var - FOTO backend

Avqustun 4-də Rusiya qüvvələri Donetsk vilayətindəki Kramatorsk şəhərinə hava bombaları atıb. Son məlumatlara görə, 22 nəfər yaralanıb.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Donetsk Vilayət Dövlət Administrasiyasının rəhbəri Vadim Filaşkinin açıqlamasına istinadən məlumat yayıb.

"Ruslar şəhər mərkəzinə iki hava bombası ataraq yaşayış və qeyri-yaşayış binalarına zərər vurublar", - deyə Filaşkin təsdiqləyib.

Onun sözlərinə görə, bütün müvafiq xidmətlər dərhal düşmən hücumu yerinə gəlib.

Hadisə yerində bütün müvafiq xidmətlər işə başlayıb.

Donetsk vilayətinin rəhbəri Filaşkin, bunun Rusiyanın regionun dinc sakinlərinə qarşı növbəti məqsədyönlü hücumuolduğunu bildirib.

"Bölgədə qalmaq təhlükəlidir! Cəbhə xəttinə yaxın olan hər kəsi təxliyə  olmağa çağırıram!", - deyə regional dövlət administrasiyasının rəhbəri bildirib.

QAZİLER.AZ