Avqustun 4-də Ermənistan Müdafiə Nazirliyində geniş müşavirə keçirilib.
Qaziler.az bildirir ki, bu barədə news.am xəbər verir.
Keçirilən müşavirə barədə bu ölkənin müdafiə naziri Suren Papikyan öz sosial şəbəkə səhifəsində yazıb.
"Bu gün Ermənistan Respublikası ordusunda yeni hərbi formanın tətbiqi prosesi, həmçinin onun qoşun sınaqları və bir sıra digər mövzularla bağlı müşavirə keçirdim", - Suren Papikyan bildirib.
Qeyd olunur ki, hərbi forma tam Qərb standartlarında olsa da, dizayna Ermənistanın milli simvolları və xüsusi fərqlənmə nişanları daxil edilib. Həmçinin, ordu emblemi də yenilənərək heraldik və estetik dəyişikliklərə məruz qalıb.
QAZİLER.AZ

