Türkiyənin Kayseri bölgəsinin İncesu rayonunda sürücünün idarəetməsindən çıxan sərnişin avtobusu aşıb.
Qaziler.az bildirir ki, bu barədə "turkiyegazetesi" xəbər verir.
Baş verən qəza nəticəsində 1 nəfər həyatını itirib, 24 nəfər isə yaralanıb. Kayserinin İncesu rayonunun Saraycık məhəlləsi yaxınlığında sürücünün idarəetməsini itirdiyi sərnişin avtobusu yolayrıcına çırpılaraq aşdıqdan sonra yoldakı ağaclara və işıq dirəyinə çırpılıb.
Xəbərdarlıq əsasında hadisə yerinə polis, jandarma, tibb, AFAD (Fövqəladə Halların İdarə Olunması Agentliyi) və UMKE (Milli Tibbi Xilasetmə Qrupu) əməkdaşları cəlb olunub.
Hadisə yerinə gedən qrupların ilkin müdaxiləsi zamanı avtobusda olan 24 sərnişinin yaralandığı və 1 nəfərin isə həyatını itirdiyi müəyyən edilib.
Yaralılar hadisə yerindəki ilkin tibbi yardımdan sonra təcili tibbi yardım maşınları ilə xəstəxanaya çatdırılıb, dünyasını dəyişən şəxsin meyiti isə araşdırmalardan sonra morqa yerləşdirilib.
Qəza ilə bağlı təhqiqat başladılıb.
QAZİLER.AZ

