Kreml bu qış Ukraynaya hücum taktikasını dəyişdirmək istəyir.
Putin Ukraynaya qarşı yeni təzyiq mərhələsinə hazırlaşır: Əsas hədəf su təchizatı ola bilər
Kremlin rəhbəri Vladimir Putin Ukraynaya qarşı yeni təzyiq mərhələsi hazırlayır. İndi hücumların əsas hədəfi elektrik enerjisi deyil, su təchizatı və kanalizasiya sistemi ola bilər.
Qaziler.az bildirir kiu barədə RBC-Ukrayna energetika naziri Denis Şmıqalın "Politico" nəşrinə verdiyi müsahibəyə istinadən xəbər verir.
Nazir suyun niyə məhz ölkənin yeni həssas nöqtəsinə çevrilə biləcəyini izah edib.
"Rusiyanın indiki məqsədi bizim su təchizatımızı məhv etməkdir. Ötən qış onlar elektrik enerjisinə və istilik sisteminə hücum etdilər, lakin elektrik kəsintiləri zamanı əgər qazınız və suyunuz varsa, sağ qalmaq mümkün idi", — deyə Şmıqal bildirib.
"Su və kanalizasiya olmadan üç gündən çox yaşamaq çətindir", - deyə nazir əlavə edib.
QAZİLER.AZ

