FETÖ-yə görə axtarışda olan keçmiş polis saxlanıldı

FETÖ-yə görə axtarışda olan keçmiş polis saxlanıldı backend

Türkiyənin Kayseri şəhərində silahlı terror təşkilatı FETÖ/PDY-yə üzv olmaq ittihamı ilə barəsində qəti qüvvəyə minmiş 6 il 3 ay azadlıqdan məhrumetmə cəzası olan, polis orqanlarından xaric edilmiş A.B. yaxalanıb.

Qaziler.az TRT-Haber-ə istinadən xəbər verir ki, Kayseri vilayəti Polis İdarəsinin Terrorla Mübarizə və Kəşfiyyat Şöbələrinin əməkdaşları silahlı terror təşkilatı FETÖ/PDY-yə üzv olmaq ittihamı ilə barəsində 6 il 3 ay müddətinə qəti həbs cəzası çıxarılmış və Ankara Ağır Cinayətlər Məhkəməsinin qərarı əsasında axtarışda olan, polis orqanlarından xaric edilmiş A.B.-nin saxlanılması üçün əməliyyat keçirib.

Əməliyyat çərçivəsində müəyyən edilən ünvana təşkil olunan basqın zamanı FETO-çu saxlanılıb.

Məlumata görə, hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində yaxalanan A.B. barəsində məhkəmənin çıxardığı hökmün icrası üçün aidiyyəti üzrə təhvil verilib.

QAZİLER.AZ