Antalyada tur gəmisi külə döndü

Antalyada tur gəmisi külə döndü backend

Antalyanın Kumluca rayonundakı Kargıcak körfəzində lövbər salmış tur gəmisində yanğın baş verib və gəmi alovların təsiri nəticəsində tamamilə yararsız vəziyyətə düşüb.

Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, yanğın baş verən zaman gəminin içərisində heç kəs olmayıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, tur gəmisi tamamilə yanaraq istifadəyə yararsız hala gəlib.

Türkiyənin Antalya vilayətinin Adrasan məhəlləsində yerləşən Kargıcak koyunda lövbərdə olan tur gəmisində hələlik məlum olmayan səbəbdən yanğın baş verib.

Uzun müddətdir lövbərdə saxlanılan gəmidən qalxan alovu görən şəxslər hadisə barədə 112 Təcili Çağırış Mərkəzinə məlumat veriblər.

Gəmi sahildən uzaqda olduğuna görə yanğınsöndürmə briqadaları alova birbaşa müdaxilə edə bilməyib. Hadisə yerinə Türkiyə Sahil Mühafizə Komandanlığı əməkdaşları cəlb olunub.

Aparılan araşdırma zamanı məlum olub ki, yanan gəmi Gürcan Çetinerə məxsus "Mustafa Bey" adlı tur gəmisidir. Gəminin uzun müddətdir turistik səfərlərdə istifadə olunmadığı və Kargıcak koyunda lövbərdə saxlanıldığı, yanğın baş verən zaman isə göyərtədə heç kimin olmadığı müəyyən edilib.

Yanğın nəticəsində gəmi tam yararsız vəziyyətə düşüb. Hadisənin başvermə səbəbi ilə bağlı araşdırma aparılır.

QAZİLER.AZ