19 yaşlı başqırd xokkeyçi görüş zamanı ölüb

19 yaşlı başqırd xokkeyçi görüş zamanı ölüb backend

19 yaşlı rusiyalı xokkeyçi Əmir Xanov Ufada görüş zamanı vəfat edib.

Qaziler.az bildirir ki, bu barədə "Mash Batash" Telegram kanalı məlumat yayıb.

Mənbənin məlumatına görə, gənc idmançı sevgilisi ilə birlikdə getdiyi gildən qabların düzəldilməsi üzrə master-klassda huşunu itirib. O, bir müddət sonra dünyasını dəyişib.

Ölümün dəqiq səbəbi hazırda açıqlanmır.

Xanov 2017-2023-cü illərdə "Salavat Yulayev" sistemində çıxış edib, son iki mövsümü isə Milli Gənclər Xokkey Liqasında "Samara" və Rıbinskin "Polyot" komandalarında keçirib.

O, 2022/2023 mövsümündə Volqayanı bölgəsi üzrə Rusiya birinciliyində "Salavat Yulayev-2007" komandasının ən məhsuldar müdafiəçisi idi.

QAZİLER.AZ